BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Şəhid anaları ilə bağlı hazırladığı - VİDEOÇARX

06 mart 2020 11:26:28

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə vətənimizin azadlığı və bütövlüyü uğrunda şəhid olan şəhidlərimizin analarına həsr olunmuş videoçarx hazırlamışdır.

 

Zəfər.Az bildirir ki, müsahibə götürdüyümüz şəhid analarının tək arzusu var, torpaqlarımız işğaldan azad olunsun və şəhidlərimizin qisası alınsın.

 

Gəlin anaların acısını, həsrətini öz dillərindən eşidək və fikirləşək...