Varlıq Fondu "Beynəlxalq Ana Dili Günü" münasibətilə müsabiqəyə start verir
09 fevral 2021 13:40:01
Varlıq Fondu 21 Fevral Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən müsabiqəyə start verir.
Şərtlər:
- Müsabiqə şəhid və qazi ailəsindən olan 7-14 yaşlı uşaqlar arasında keçirilir (II Qarabağ müharibəsində);
- Uşaqlar "Mənim Arzum" mövzusunda qısa (maksimum 3 dəqiqəlik) video çəkirlər;
- Videolar 17 Fevral, saat 20.00-dək (Berlin vaxtı) vetenedestek@gmail.com ünvanına və ya Fondun İnstagram, Telegram və Facebook hesablarındakı mesaj bölməsinə göndərilir. Emailə daxil olan videoinşalar səhifəmizə yerləşdirilir və səsverməyə açıq paylaşılır. Müsabiqə 21 Fevral saat 12.00-da (Berlin vaxtı) başa çatmış hesab olunur. Ondan sonra videolara gələn bəyənmələr hesablanır.
- Emailə və sosial hesablara, video ilə yanaşı, doğum haqqında şəhadətnamə, hazırda yaşayıdığı ünvan, əlaqə telefonları və valideynin şəhid/qazi olduğunu təsdiq edən müvafiq sənədlər də əlavə olunur.
- Ən çox bəyənmə toplayan video I Yerin qalibi olaraq Tablet, II Yerin qalibi Smartphone, III Yerin qalibi isə Mp-3 Player ilə mükafatlandırılacaq. Digər iştirakçılara isə Varlıq Fondu adından kitab hədiyyə olunacaq.