Naxçıvanın işğal altındakı yeganə kəndi azad olunur? - Yerevandan AÇIQLAMA
05 fevral 2021 15:44:36
Ermənistan mediası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun işğal altındakı Kərki kəndinin Azərbaycana qaytarılması barədə yazır.
Zəfər.Az “Joğovurd” qəzetinə istinadən xəbər verir ki, Paşinyanın Ararat vilayətinə səfəri bu barədə söz-söhbətləri daha da aktivləşdirib.
Belə ki, Ararat vilayətinin qubernatoru Razmik Tevonyan və Ararat alayının komandiri ilə bağlı qapılar arxasında görüşən Paşinyanın Kərki (ermənicə Tiqranaşen) kəndinin və Azərbaycanın işağal olunmuş digər anklavlarının qaytarılmasını müzakirə etdiyi bildirilir.
Yayılan xəbərlərə aydınlıq gətirmək üçün “Joğovurd” qəzeti Nikol Paşinyanın mətbuat xidmətinin rəhbəri Mane Qevorkyanla əlaqə saxlayıb.
“Biz müzakirə olunan bütün məsələlər barədə açıqlama vermişik. Təbii ki, biz situasiyanı lakonik təqdim etdik, amma əlavə etməyə də heç nə yoxdur. Baş nazir kəndlərin azad olunması barədə göstəriş verməyib”-deyə Qevorkyan söyləyib.(Modern.az)