BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Orta məktəblərin yuxarı siniflərində əyani dərslər bu tarixdən başlayacaq

04 fevral 2021 19:02:19

Fevralın 8-dən etibarən Azərbaycanın şəhər və rayonlarında yerləşən, layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verən ümumi təhsil müəssisələrində tədris ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla keçiriləcək.

 

Bu barədə Zəfər.Az-a Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, bu qərar Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda yerləşən məktəblərə şamil edilmir.

 

Fevralın 15-dən isə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə, ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə olmaqla bərpa olunacaq.