Ermənilərdən Azərbaycana yeni “soyqırımı” İDDİASI: Bu dəfə Şuşada
04 mart 2020 17:16:11
Türkiyəni 1915-ci il hadisələrinə görə “soyqırımı”nda ittiham edən Ermənistan bu dəfə Azərbaycana qarşı da yeni “soyqırımı” uydurub.
Zəfər.Az Modern.az-a istinadən xəbər verir ki, martın 22-24-ü tarixlərində Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın Şuşa şəhərində keçiriləcək beynəlxalq konfransa xarici ölkələrdən də tarixçilərin cəlb olunacağı gözlənilir. Onlar arasında Rusiya, Almaniya və s. ölkələrdən tarixçilərin gələcəyi açıqlanıb.
Ermənistan Milli Elmlər Akademiyası 1920-ci il martın 23-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin və Qafqaz İslam Ordusunun regionda qalan birlikləri ilə Şuşanın erməni məhəlləsini, Əsgərtanı və ətraf kəndləri ələ keçirdiyini və martın 26-na qədər 45-50 min arasında erməninin öldürüldüyünü iddia edir.
Halbuki tarixi faktlar ermənilərin bu iddiasının əsassız olduğunu göstərir.
Tarixi mənbələr 1920-ci il martın 23-də erməni qadınlarının bir neçə Azərbaycan əsgərini bıçaqla qətlə yetirdiyini, Şuşanın azərbaycanlılar yaşayan məhəlləsinin erməni quldurları tərəfindən atəşə tutulduğunu yazır.
Bundan sonra hadisələrə Qarabağın general-qubernatoru Xosrovpaşa Bəy Sultanovun başçılıq etdiyi qüvvələrin müdaxilə etdiyi, azərbaycanlıları ermənilərdən qoruduğu qeyd edilir.
Bu zaman hücumları uğursuzluqla başa çatan erməni silahlı birləşmələri ətraf müsəlman kəndlərinə basqın edib həmin kəndləri viran qoyduqları tarixin qanlı yaddaşındadır.