BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Rusiya sülhməramlıları Xankəndidə təlim keçirdi

03 fevral 2021 13:41:53

Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilən Rusiya sülhməramlıları Xankəndi şəhərindəki poliqonda ZTR-82 ştatlı texnikadan planauyğun atəş açılması təlimi keçirib.

 

Zəfər.az xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.


Təlim zamanı zirehli texnikanın ekipaj üzvləri nəzəri və praktik tapşırıqları icra ediblər. Manevrə 200 rusiyalı hərbçi qatılıb.