Vətən Müharibəsinin 31 iştirakçısına əlillik təyin olundu
03 fevral 2021 13:36:44
Bu günə qədər 31 nəfər Vətən Müharibəsi iştirakçısına əlilliyin təyinatı aparılıb.
Zəfər.az-ın məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, indiyədək Agentliyin nəzdindəki müvafiq işçi qrupun üzvləri 3000-dək ailəni ziyarət edib. Onların 300-dən çoxunun səhhətində geridönməz proseslərin olduğu müəyyən edilib.
C.Əbbül-Qədirov əlavə edib ki, əlilliyin təyinatı aparılmış şəxslər 2-3 həftə ərzində reabilitasiya tədbirlərinə cəlb edilir.