Türkiyə şəhid verdi
03 fevral 2021 12:42:05
Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçusu şəhid olub.
Zəfər.az xəbər verir ki, bu barədə “Haber Global” Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Nazirlikdən qeyd olunub ki, 31 yanvar tarixində “Bahar qalxanı” əməliyyatı bölgəsində (Suriya, İdlib) təşkil olunan hücum zamanı yaralanan hərbçi Basri Demirel 2 fevral tarixində Hatay dövlət xəstəxanasında şəhid olub.
Türkiyənin Milli Müdafiə Nazirliyi şəhidin ailəsinə və bütün türk xalqına başsağlığı verib.
Xəqani Əliyev