BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Sumqayıt Kimya Sənaye Parkında 900-ə yaxın daimi iş yeri yaradılacaq - Nazir

03 fevral 2021 12:38:40

Regionun ən böyük sənaye zonası olan Sumqayıt Kimya Sənaye Parkında indiyədək 24 sahibkarlıq subyektinə rezident statusu verilib.

 

Zəfər.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.


O bildirib ki, növbəti mərhələdə 400 milyon manatdan çox investisiyanın qoyulması və 900-ə yaxın daimi iş yerinin yaradılması nəzərdə tutulur.

 

Xəqani Əliyev