Səlim Müslümovun həbs xəbəri YAYILDI
03 fevral 2021 12:34:13
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbs edildiyi barədə məlumat yayılıb.
Zəfər.az xəbər verir ki, hüquq mühafizə orqanları tərəfindən keçmiş məmurun ciddi korrupsiya faktlarına görə saxlanıldığı bildirilir.
S.Müslümovun yaxınları onun həbs xəbərini Unikal.org-a təsdiqləyiblər.
Qeyd edək ki, Səlim Müslümov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun yaxın kadrı kimi tanınır. K.Heydərov Dövlət Gömrük Komitəsinin sədri olduğu dövrdə S.Müslümov onun müavini olub. Onu da nəzərinizə çatdıraq ki, S. Müslümov DGK-nin sədri olduğu vaxtda korrupsiya əməlinə görə həbs həyatı yaşayıb. Bəraət aldıqdan sonra isə Dövlət Sosial Müdafiə Fonsunun sədri, ardınca isə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışıb.
Xəqani Əliyev
Xatırladaq ki, 2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı müvafiv sərəncama əsasən o, vəzifəsindən azad edilib.