Ankara ilə Moskva Birgə Monitorinq Mərkəzinə görə MÜBAHİSƏ EDİBMİŞ
03 fevral 2021 11:21:45
Yanvarın 30-da Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin açılışı oldu. Mərkəz Ağdamın Mərzili kəndi yaxınlığında, sülhməramlıların mövqelərindən 8, Xankəndidən isə 30 kilometr uzaqlıqda yerləşir.
Zəfər.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Moskva ilə Ankara Birgə Monitorinq Mərkəzinin yerləşəcəyi ərazi ilə bağlı ilk gündən fikir ayrılığında olublar. Belə ki, Rusiya Mərkəzin Gəncə yaxud Bərdədə, Türkiyə isə Dağlıq Qarabağ ərazisində yerləşdirilməsini istəyirdi. Sonda tərəflər kompromis əldə edərək Ağdam rayonunda açılışla bağlı razılıq əldə ediblər.
Rusiyalı hərbi ekspertlər Türkiyə hərbçilərinin Monitorinq Mərkəzində yerləşdirilməsini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ziyanına işləyən faktor kimi dəyərləndiriblər. Onların fikrincə, Türkiyə bundan sonra nəinki Qarabağda, həm də Ermənistan ərazisində baş verən prosesləri izləyə biləcək. Modern.az)
Xəqani Əliyev