BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Revanşistlərin Yerevan görüşü bitdi - Hansı qərara gəlindi?

03 fevral 2021 10:53:04

Ötən gün Ermənistanın paytaxtı Yerevanda müxalifət liderlərinin ilk geniştərkibli görüşü baş tutub.

 

Zəfər.az “Qraparak” qəzetinə istinadən xəbər verir ki, görüşdə eks-prezidentlər Serj Sarkisyan, Robert Koçaryan, "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Tsarukyan, müxalifətin vahid namizədi Vazgen Manukyan, Vətən partiyasının sədri Artur Vanetsyan və "Daşnaksütyun" partiyasının Ali Şurasının üzvü İşxan Saqatelyan iştirak edib.


4 saatdan çox davam edən görüşdə baş nazir Nikol Paşinyanın istefaya göndərilməsi ən əsas hədəf seçilib. Bundan başqa, Vazgen Manukyanın baş nazirliyə vahid namizədliyi təsdiq olunub.

 

Müxalifətin fasiləsiz mitinq keçirməsi və vətəndaş itaətsizliyi göstərməsi razılaşdırılıb. Növbədənkənar seçkilərdə iştirak barədə yekun qərar Koçaryanın Moskva səfərindən sonra veriləcək. Amma gələn məlumatlara əsasən, Serj Sarkisyanın seçkilərin boykot edilməsinə çağırır.(Modern.az)