BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Laçın ərazisində çoxlu sayda faydalı qazıntı yataqları var - Nazirlik

02 fevral 2021 19:22:21

“Laçın faydalı qazıntı yataqlarının çox olduğu ərazidir. Laçın eyni zamanda çoxsaylı mineral bulaqların olması ilə fərqlənir”.

 

Zəfər.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev “Ekspert saatı”nda deyib.


Xidmət rəisi qeyd edib ki, qarışıq və zəngin faydalı qazıntı yataqları var:

 

“Hesab edirəm ki, bu ən yaxın zamanlarda orada müxtəlif dağ-mədən sənayesinin qurulmasına və inkişaf etdirilməsinə xidmət edəcək”.

 

Xəqani Əliyev