BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

"YAŞAT" fondu iki şəhid atasını əməliyyat etdirdi - FOTO

02 fevral 2021 19:18:16

"YAŞAT" fondu iki şəhid atasının əməliyyat xərclərini ödəyib.

 

Bu barədə Zəfər.az-a fonddan bildiriblər. Qeyd edilib ki, "YAŞAT" Fondu tərəfindən şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi ilə bağlı işlər davam etdirilir.


Şəhidimiz Elfaq Nağıyevin atası Azad Nağıyevin, Eltun Qasımovun atası Vüqar Qasımovun əməliyyat xərcləri Fond tərəfindən qarşılanıb.

 

Qeyd olunub ki, şəhidimiz Tural Qarayevin anası Səmayə Qarayevanın və həyat yoldaşı Durdana Qarayevanın da müalicə və əməliyyat xərcləri Fond tərəfindən təmin ediləcək.


Müvafiq müayinə və müalicə tədbirləri davam etdirilir.

 

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.

 

Xəqani Əliyev