BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhidin 3-cü qızı dünyaya gəldi - FOTO

02 fevral 2021 19:14:01

44 günlük Vətən müharibəsində şəhid olan Eldar Abdullayevin qızı dünyaya gəlib.

 

Bu barədə daim şəhid ailələrinin sorağında olan jurnalist Aida Eyvazlı xəbər verib.

 

Jurnalist qeyd edib ki, dünən axşam Vətən müharibəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Hospitalının tibb işçisi Eldar Abdullayevin bir qızı da dünyaya gəlib:

“Vətənin qəhrəmanlarının yaralarını sağaltmağa , onları qorumağa gedən feldşer Eldar Abdullayevin evində daha iki qızı Asya və Aysu böyüyür. O, döyüşə gedəndə həyat yoldaşı Fahimə Abdullayevaya demişdi ki, “sən məni cənnəti sağlığında qazanan ata etdin. Qızım dünyaya gələndə adını “Ahu”qoyarıq. Ahu bu axşam 01.02.2021-ci ildə Sumqayıt şəhərində dünyaya gəldi. Çəkisi 3 kilo 135 qramdır. Fahimə Abdullayeva dedi ki, Ahu Abdullayevanın bütün tibbi xərclərini YAŞAT Fondu öz üzərinə götürüb. Azərbaycan dövləti bizə əmanət edilən övladları YAŞAT-la yaşadacaq!”.(Modern.az)

 

Xəqani Əliyev