BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

“Azərbaycana xoş gəlmisiniz” lövhəsi ermənilərdə PANİKA YARATDI

02 fevral 2021 19:09:09

Ermənistanın Qafan şəhərindən Çakaten kəndinə gedən yolda “Azərbaycana xoş gəlmişsiniz” yazılmış lövhə qoyulub.

 

Zəfər.az xəbər verir ki, yolun bir hissəsi Azərbaycandan keçdiyi üçün lövhə həmin hissədə quraşdırılıb.

 

“Mənə Qafan, Çakaten və s. yaşayış məntəqələrindən zəng edən sakinlər öz narahatlığını ifadə ediblər”-deyə Ermənistan ombudsmanı Arman Tatoyan açıqlama verib.

O, lövhənin çıxarılması üçün hakimiyyət nümayəndələrindən yardım istəyib.(Modern.az)

 

Xəqani Əliyev