Ermənistan bugünkü təxribatın əvəzini ödəyəcək - XƏBƏRDARLIQ
02 fevral 2021 19:04:17
Ermənistan Azərbaycanla dövlət sərhədi istiqamətində yenə təxribata əl atıb.
2 fevral tarixində Ermənistan Silahlı Qüvvələrinin Qazax rayonunun işğal altında olan Aşağı Əskipara kəndi ərazisindəki bölmələri tərəfindən həmin istiqamətdə Azərbaycanın dövlət sərhədinin müdafiə və mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin sərhəd-döyüş məntəqəsinə doğru pulemyot silahdan 20 dəfə atəş açılmaqla atəşkəs rejimi pozulub.
Zəfər.az bildirir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev deyib. Ermənistan başına dəyən “dəmir yumruq”dan hələ də doğru nəticə çıxarmayıb:
“Görünür, 44 günlük müharibədə Ermənistan başına dəyən “dəmir yumruq”dan hələ də düzgün nəticəni çıxarmayıb.
Düşünürəm ki, Dövlət Sərhəd Xidməti əsgərlərimizə atəş açaraq onun həyatını təhlükə altına alan düşmənin layiq olduğu cavabı artıqlaması ilə verəcək. Ermənistan törətdiyi təxribatların nəticələrinə qatlanmağa məhkumdur. Bu zərbələrin nəticələrini gözləmək lazımdır”.
Ədalət Verdiyev bildirib ki, Prezident İlham Əliyev bundan öncəki çıxışlarında düşmənə xəbərdarlıq emişdi:
“Müharibə olarsa, Ermənistan üçün hansı nəticələrlə sonlanacağını təsəvvür etməyən qüvvələr hələ də ordu və siyasi rəhbərlikdə yer almaqdadır.
Azərbaycanın dövlət başçısı İlham Əliyev qarşı tərəfə ciddi xəbərdarlıq etmişdi. Edilən təxribatlara görə həm Ermənistan rəhbərliyindən, həm də Rusiya sülhməramlılarından açıqlama tələb olunmalıdır”.
Hərbi ekspertin sözlərinə görə, düşmən etdiyi təxribatların əvəzini ağır formada ödəyəcək.(Modern.az)
Xəqani Əliyev