Ermənistan Azərbaycanı BEYNƏLXALQ MƏHKƏMƏYƏ VERDİ
02 fevral 2021 18:58:09
Ermənistan hökuməti Azərbaycanı məhkəməyə verib.
Zəfər.Az Modern.az-a istinadən xəbər verir ki, rəsmi Yerevan Avropa Şurası İnsan Haqları Məhkəməsinə dövlətlərarası şikayət ünvanlayıb.
Erməni tərəfi 44 günlük müharibə zamanı Azərbaycanın beynəlxalq konvensiyalara zidd olaraq, Ermənistanda və Qarabağda yaşayan ermənilərin hüquq və azadlıqlarını pozduğunu, şəxsi əmlak və təhsil haqqını əlindən aldığını bildirir.