Parlamentin işçilərinə dərəcələr bu qaydada veriləcək
02 fevral 2021 18:56:32
Milli Məclisdə dövlət qulluqçularının ixtisaslarına uyğun dərəcələrin verilməsi bəlli olub.
Zəfər.Az xəbər verir ki, bu, “Azərbaycan Respublikası Milli Məclisinin Aparatı və İşlər İdarəsi haqqında” Əsasnamədə əksini tapıb.
Əsasnamədə göstərilir ki, Aparatda inzibati vəzifələr üzrə dövlət qulluğu keçən dövlət qulluqçularının vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə “Dövlət qulluğu haqqında” qanuna uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə aid edilmiş hallar istisna olmaqla, işçilərə müvafiq ixtisas dərəcələrinin verilməsi Milli Məclisin Sədri tərəfindən həyata keçirilir.
Milli Məclisin Aparat rəhbəri isə qanuna uyğun olaraq, yardımçı vəzifə tutan dövlət qulluqçularına müvafiq ixtisas dərəcələri verir.(Modern.az)