BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Azərbaycanlı hərbçilər sülhməramlıların köməyi ilə sərbəst buraxıldı

02 fevral 2021 18:37:12

Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan iki azərbaycanlı hərbçi Rusiya sülhməramlılarının köməyi ilə sərbəst buraxılıb.

 

Zəfər.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.


"Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə 30 yanvar 2021-ci il tarixində Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidməti tərəfindən Ermənistanın Sünik bölgəsinin Teh məntəqəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin saxlanılan iki hərbçisi sərbəst buraxılıb", - məlumatda deyilir.

 

"Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq üçün səyləri əlaqələndirmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır", - Müdafiə Nazirliyindən qeyd edir.

 

Rusiya hərbi şöbəsindən deyilir ki, yanvarın 30-da Azərbaycan tərəfinin xahişi ilə Rusiya sülhməramlı kontingentinin xüsusi tibbi birliyi 16 xəstə Azərbaycan əsgərini Vəng (Çinarlı) kəndindən Mağavuza (Çardaqlı) təxliyə edib. Orada onlar azərbaycanlı həkimlərə təhvil verilib.

 

Qeyd edək ki, "virtualaz.org"un öz mənbələrindən verilən məlumata görə, Azərbaycan hərbçiləri göstərilən ərazidə itkin düşüblər və bu da onların Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılmasına səbəb olub.(Modern.az)