BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid polkovnikin oğlu xaricdə təhsil alacaq

30 yanvar 2021 12:32:51

Aprel döyüşlərində şəhid olan "Murov Qartalı" ləqəbli əfsanəvi kəşfiyyatçı Raquf Orucovun oğlu Aqşin Orucov təhsilini Macarıstanda davam etdirəcək.

 

Bu barədə şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova məlumat verib.

 

Onun sözlərinə görə, ADA Universitetində Biznesin idarə edilməsi fakültəsində oxuyan Aqşin Orucov qəbul olduğu proqram çərçivəsində 6 ay Macarıstanda təhsil alacaq.

 

"Hazırda bakalavr təhsili alır. Aqşin magistr təhsilini də Avropada davam etdirməyi düşünür".