BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Qəbul imtahanlarına Vətən müharibəsi mövzusu da daxil edilib

29 yanvar 2021 23:54:59

“Tarix fənni üzrə qəbul imtahanları proqramına Qarabağ uğrunda aparılan Vətən müharibəsi mövzusu daxil edilib”.

 

Zəfər.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin bu gün keçirilən brifinqində qurumun sədri Məleykə Abbaszadə bildirib:

 

“Qəbul imtahanları üçün proqramlar və tapşırıq nümunələri “Abituriyent” jurnalının birinci sayında dərc olunur. Bu proqramlarda da bir sıra mövzular ixtisar edilib. Tarix fənni üzrə proqrama isə “Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi)” mövzusu daxil edilib. Bu mövzu hələlik dərsliklərə daxil edilməyib. Bunu nəzərə alaraq, mövzu ilə bağlı mətn “Abituriyent” jurnalının ikinci sayında dərc olunacaq. İmtahanda həmin mətn üzrə tapşırıqlardan istifadə olunacaq”.