BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Türkiyə parlamentinin sədri Bakıya gəlir

29 yanvar 2021 23:10:50

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop yaxın günlərdə Azərbaycana səfər edəcək.

 

Zəfər.az bildirir ki, bu barədə Modern.az-a TBMM-nin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım məlumat verib.

 

Deputat bildirib ki, səfər TÜRK PA çərçivəsində baş tutacaq.

 

Şamil Ayrımın sözlərinə görə, Qarabağın işğaldan azad edilməsi müzakirə mövzularından biri olacaq:

“Səfər müddətində türk dövlətləri arasındakı münasibətlər, Qarabağın işğaldan azad edilməsi kimi məsələlər gündəmin müzakirə mövzusu olacaq”.