Azərbaycanda əmək kitabçaları YIĞIŞDIRILIR
29 yanvar 2021 23:04:21
2020-ci ildə biz əmək münasibətləri və məşğulluq alt sisteminin yaradılmasına başladıq. Proses bütünlükdə ölkənin həm əmək qanunvericiliyinin, həm məşğulluq siyasətinin, həm də kitab inzibatçılığının böyük ölçüdə elektronlaşdırılmasına gətirib çıxaracaq.
Zəfər.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında deyib.
Agentlik sədrinin sözlərinə görə, bu sistem mərhələli şəkildə kağız əmək müqavilələrini ləğv etməyə, əmək kitabçalarının dövriyyədən çıxarılmasına imkan verəcək:
“Bundan əlavə ezamiyyə vərəqələrini, kağız üzərində əmrləri, ştat cədvəllərini, digər kağız daşıyıcılarını ləğv edərək elektron müstəviyə keçməyi nəzərdə tuturuq”.