BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Məcburi köçkünlər hələ ki güzəştli kateqoriyada qalacaqlar - RƏSMİ

29 yanvar 2021 23:02:42

Məcburi köçkünlərin statusunun ləğv edilməsi ilə bağlı qərar Nazirlər Kabineti tərəfindən verilir.

 

Zəfər.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında deyib.

 

M.Abbasbəyli bildirib ki, məcburi köçkünlər hələ ki güzəştli kateqoriyada qalırlar:

“Onun fikrincə, bütün məcburi köçkünlər işğaldan azad edilən torpaqlara qayıtdıqdan sonra o güzəştlərin qalıb-qalmayacağına baxıla bilər”.