BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

“Ermənistanın müharibədəki itkisi 7 minlə 15 min arasında dəyişir”

15 yanvar 2021 10:52:12

Ermənistan Müdafiə Nazirliyi Qarabağda müharibənin bitməsindən iki aydan çox müddət keçməsinə baxmayaraq, itkilərin sayını açıqlamayıb. Bu isə işğalçı ölkədə ciddi narazılığa səbəb olub. İtkin düşən minlərlə erməni əsgərin valideyni hökumətdən izahat tələb edir. Ermənistan Müdafiə Nazirliyi isə Qarabağdakı itkiləri dövlət sirri sayır.

 

Zəfər.Az bildirir ki, məsələ ilə bağlı Modern.az-a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanovun sözlərinə görə, Ermənistan tərəfi öz itkilərini o qədər də önəmsəmir:

 

“Onlar hər zaman öz itkilərini gizlətməyə çalışıblar. Çünki biz şəhidliyi ən uca zirvə sayırıqsa, Ermənistan cəmiyyəti bunu belə qəbul etmir. Biz bilirik ki, Ermənistan cəmiyyətində valideynlər öz övladlarının Azərbaycan ərazisində xidmət etməsinə dəfələrlə etirazlarını bildirib. Əlbəttə, onların itkilərə olan münasibəti bizim kimi deyil. Biz itkilərimizi böyük qürur hissi ilə qarşılayıb, ailələrinə dəstək oluruqsa, Ermənistanda bu, başqa cürdür. Onların Azərbaycan ərazisində verdiyi itki zamanla etiraz dalğasının çoxalmasına səbəb olacaq”.

 

Hərbi ekspert qeyd etdi ki, itkilərinin sayının çoxalması erməni xalqı arasında çaxnaşma yaradacaq:

 

“Ermənistanda bugünki hərbi-siyasi rəhbərliyin vəziyyətini nəzərə alsaq, görərik ki, itkilərin sayının artması əhali arasında böyük çaxnaşmalara səbəb yaradır.

 

Müharibə gedişi zamanı Azərbaycan tərəfi atəşkəs təklif edərək, cəsədlərin öz ölkələrinə təhvil verilməsini istədi, Ermənistan buna imtina etdi. Və 44 gün davam edən müharibə ərzində bölgədə qalan cəsədlər tanınmaz hala düşdü. Bütün bu faktrlar mətbuatda, sosial şəbəkələrdə itkilər haqqında yalan məlumat yaymağa səbəb yaradır. Ermənistan mətbuatında itkilərin sayı təxminən 7 mindən 15 minə qədər qeyd olunur. Erməni hərbi-siyasi rəhbərliyi itkilərin sayının açıqlanmasında maraqlı deyil, çünki bu sayın onlar üçün nə ilə nəticələnəciyini bilirlər”.

 

Xəqani Əliyev