BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

4 nəzarətçi-müəllim Qarabağda şəhid olub

15 yanvar 2021 10:45:54

2020-ci ildə 50 nəzarətçi-müəllim Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanlarında iştirak etdikdən sonra sentyabrda başlayan Vətən müharibəsində iştirak edib. Onların 4-ü şəhid olub.

 

Zəfər.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

 

Onun sözlərinə görə, ötən il 38 nəfər nəzarətçi-müəllim Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fəxri fərmanla təltif edilib.

 

DİM-in bazasında 15 mindən çox nəzarətçi-müəllim barədə məlumat var.

 

Xəqani Əliyev