BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Ermənistanın hərbi prokuroru da Qarabağa gəldi

15 yanvar 2021 10:35:29

Ermənistanın hərbi prokuroru, Ermənistan Respublikası baş prokurorunun müavini Vahe Arutyunyan Qarabağa gəlib.

 

Zəfər.Az Modern.az-a istinadən xəbər verir ki, Vahe Arutyunyan Rusiya Silahlı Qüvvələrinin Qarabağdakı sülhməramlılarının tərkibində xidmət edən Rusiya Federasiyası Prokurorluğunun əməkdaşları ilə görüşüb.

 

Vahe Harutyunyan Qarabağdakı ermənilərin təhlükəsizliyini təmin etdiyinə görə Rusiya sülhməramlılarına təşəkkür edib.

 

O, Ermənistan Baş Prokurorunun əmri ilə gətirdiyi mükafatları da onlara təqdim edib.

 

Xəqani Əliyev