BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Hərbçilərimiz Şuşada qəzaya düşdülər: 1 nəfər öldü, 2 nəfər yaralandı

14 yanvar 2021 10:30:34

Azərbaycan Ordusunun hərbi qulluqçularını aparan avtomobil Şuşa şəhəri istiqamətində qəzaya uğrayıb.

Müdafiə Nazirliyindən Zəfər.az-a verilən məlumata görə, hadisə yanvarın 12-də baş verib.

 

Hadisə nəticəsində Beyləqan rayonu Şəfəq qəsəbə sakini, müddətdən artıq xidmət edən hərbçi Həsən Hüseyn oğlu Yaqubov həlak olub, iki hərbçi isə xəsarət alıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, Həsən Yaqubov “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdi...

 

Xəqani Əliyev