Paşinyan Naxçıvana dəhliz açmaq üçün Azərbaycana şərt İRƏLİ SÜRDÜ
08 yanvar 2021 13:15:37
Ermənistan baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsai ilə bağlı noybarın 10-da imzalanmış üçtərəfli razılaşmanın müddəalarına toxunub.
Zəfər.Az Modern.az-a istinadən xəbər verir ki, o, əsir və girovların tam dəyişdirilməli olduğunu deyib.
“Yerevan üçün ilk növbədə razılaşmanın 8-ci bəndi - əsir, girov və saxlanılan şəxslərin tam dəyişdirilməsi, həmçinin, axtarış-xilasetmə işlərinin genişləndirilməsi vacib önəm daşıyır".
Paşinyan Naxçıvanla Azərbaycanın qalan əraziləri arasında nəqliyyat dəhlizinin açılması üçün şərt irəli sürüb.
“Bundan sonra nəqliyyat və iqtisadi kommunikasiyaların açılması, o cümlədən, Ermənistandan Rusiya və İrana Azərbaycan ərazisi ilə yük daşımaları, Ermənistan ərazisindən isə Azərbaycandan Naxçıvana nəqliyyat kommunikasiyalarının açılması nəzərdə tutulur. Üçtərəfli razılaşmada nə “Mehri”, nə də “dəhliz” ifadəsi işlədilib".
Paşinyan Ermənistandan Rusiyaya və Naxçıvandan Azərbaycanın qalan ərazilərinə marşrutun seçilməsinin ayrıca müzakirə mövzusu olduğunu da sözlərinə əlavə edib.