“YAŞAT” Fondundan itkin düşən hərbçilərlə bağlı açıqlama
08 yanvar 2021 13:13:13
“Artıq bəzi itkin düşən şəxslər var ki, onların şəhidliyi təsdiq olunub. Digər itkin düşmüş şəxslərin isə sağ-salamat gəlməyini arzu edirik”.
Zəfər.az xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ancaq itkin düşmüş şəxslər arasında şəhidliyi təsdiq olunan şəxslər də olarsa, "YAŞAT" Fondu tərəfindən onlara baş çəkiləcək.