Şəhid polkovnik-leytenat Ruslan Tağıyev: “Çiyinlərdə gəldiyim gün ağlayarsan” - VİDEO
08 yanvar 2021 12:46:06
“Nə atam, nə də qardaşım var. Hər şeyim o idi”.
Zəfər.Az AzTV-yə istinadən xəbər verir ki bu sözləri şəhid polkovnik-leytenant Ruslan Tağıyevin həyat yoldaşı Günay Tağıyeva bildirib.
G.Tağıyeva qeyd edib ki, bir yerdə addımlamağı söz vermişdik: “Sentyabrın 27-də müharibə başlayanda dedi ki, ezamiyyətə gedirəm. Arada bir gün gəldi. Gedəndə ağladım. Mənə dedi ki, çiyində gələndə ağlayarsan”.
R.Tağıyev 44 günlük müharibənin 39-cu günündə şəhid olub.
Özündən sonra üç övladı vətənə əmanət qalıb.