BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Baş nazir yanacaqla bağlı qərarı imzaladı

05 yanvar 2021 10:45:45

Nazirlər Kabineti 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edib.

 

Zəfər.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Qərar ölkədə avtomobil benzinlərinə artan tələbatın ödənilməsi və daxili bazarın yüksək ekoloji normalara cavab verən yanacaq məhsulları ilə təmin edilməsi məqsədi ilə verilib.

 

Qərara əsasən, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısının 2-ci hissəsi yeni redaksiyada verilib. Belə ki, indiyədək həmin hissədə mallara (işlər, xidmətlər) xam neft və neftdən emal olunan əsas məhsullar (idxal olunan ekoloji norması avro-5 tələblərinə uyğun, oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinləri istisna olmaqla) aid olub.

 

Dəyişikliyə əsasən, həmin hissəyə xam neft, Aİ-92 markalı avtomobil benzini, dizel yanacağı və bitum daxil edilib.

 

Bu Qərar 2021-ci il 5 yanvar tarixindən qüvvəyə minir.