BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid Şahinin son arzusu çin oldu - oğlu dünyaya gəldi - VİDEO

29 dekabr 2020 10:52:41

Bu gün Qusar rayon mərkəzi xəstəxanasının doğum şöbəsində Vətən Müharibəsində şəhid olmuş baş gizir Şahin Hüseynbala oğlu Allahyarovun oğul övladı dünyaya gəlib.

 

Xəstəxanadan Zəfər.az-a verilən məlumata görə, çəkisi 3 kq 600 qram olan körpənin və anası Kəmalə Allahyarovanın vəziyyəti normaldır.


Qeyd edək ki, şəhidimiz Allahyarov Şahin Hüseynbala oğlu, Quba rayonu, Zizik kəndində doğulub. Vətən müharibəsinə könüllü qoşulub. Şahin noyabrın 1-də yüksək zirvəyə - şəhidlik məqamına ucalıb.

 

Sosisl şəbəkələrdə yayılan videoda şəhid Şahin Allahyarov həyat yoldaşı Kəmalə Allahyarovaya son arzusunu belə bildirmişdi: "Əgər oğlum olarsa, mənim adımı qoyarsınız".

 

İkinci Qarabağ döyüşlərində şəhid olan Şahin Allahyarovun arzusu çin olub. Belə ki, bu gün dünyaya gələn körpə atası, şəhid Şahin Allahyarovun şərəfinə Şahin adlandırılıb.(Modern.az)