BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

BNA-nin dəstəyi ilə “Qarabağ çıxış” adlı qısa metrajlı film çəkildi - VİDEO

25 dekabr 2020 11:04:36

Bakı Nəqliyyat Agentliyinin dəstəyi ilə “TAKE Company” tərəfindən “Qarabağ çıxış” adlı qısa metrajlı film çəkilib.

 

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) Zəfər.az-a verilən məlumata görə, çəkiliş və montaj işləri tam peşəkar komanda tərəfindən icra olunub.

 

Flimdə Birinci Qarabağ müharibəsi zamanı öz doğma yurdlarından köçmək məcburiyyətində qalan azərbaycanlılarla Vətən müharibəsi nəticəsində işğaldan azad olunan torpaqlarımızda qanunsuz məskunlaşan ermənilərin evlərini tərk etməsi müqayisəli formada təqdim edilir. Filmin sonunda Ulu öndər Heydər Əliyevin işğal altındakı torpaqlarımızın azad olunacağına sonsuz inamı və Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı möhtərəm cənab İlham Əliyevin xalqımıza qələbə müraciətindən bir hissə də yer alıb.(Modern.az)