Ermənistanın itkiləri 6500 nəfərə çatdı
25 dekabr 2020 10:46:05
Noyabrın 10-da, hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli razılaşmanın əldə olunmasından sonra Qarabağda bu günə qədər 1059 erməni əsgərinin meyiti tapılıb.
Zəfər.az-ın məlumatına görə, Rusiya sülhməramlı qüvvələrinin qərargahının açıqladığı məlumatda isə deyilir ki, qaynar xəttə 537 itkin erməni hərbçisi barədə müraciət daxil olub, bu məlumatlar axtarış dəstələrinə təqdim edilib.
Ermənistan Səhiyyə Nazirliyinin bir neçə həftə əvvəl açıqladığı məlumata görə şəxsiyyəti təsdiqlənərək dəfn edilmiş hərbçilərin sayı 2900 nəfərə yaxın idi. Həmin vaxt Dağlıq Qarabağdakı qondarma rejim də öz “ordusunun” rəsmən təsdiqlənən itkilərini açıqlamışdı-təxminən 1900 nəfərə yaxın. Beləliklə, döyüş zonalarından tapılan meyitləri və itkin düşənlər barədə rəqəmi də bunlara əlavə edəndə düşmənin 44 günlük müharibədəki itkilərinin sayı 6500 nəfərə yaxındır. Bu, Azərbaycan ordusunun itkilərindən 2 dəfədən də çoxdur.(virtualaz.org)