BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Sülhməramlılar itkin düşən iki erməni tapıb

23 dekabr 2020 13:18:16

Rusiya sülhməramlıları itkin düşmüş hesab edilən iki nəfər Ermənistan vətəndaşını tapıb.

 

Zəfər.Az Modern.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov məlumat verib.

 

O, dekabrın 21-də Hadrut yaxınlığında tapılan iki nəfər Ermənistan vətəndaşını axtarış tədbirlərində iştirak edən Azərbaycan tərəfi ilə razılaşdırmaqla Ermənistana təhvil verildiyini bildirib.

 

Konaşenkov indiyədək itkin düşmüş şəxslərlə bağlı yaradılmış "qaynar xətt"ə 528 müraciətin daxil olduğunu da açıqlayıb.