BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

“Rusiya Qarabağda Türkiyə ilə qarşılıqlı təmasdadır”

27 noyabr 2020 17:17:54

“Rusiya Qarabağ nizamlanmasında Türkiyə ilə qarşılıqlı fəaliyyətdədir”.

 

Zəfər.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə bildirib. O, Rusiya ilə Türkiyə arasında Qarabağ nizamlanmasına dair təmaslara toxunaraq qarşılıqlı fəaliyyətin müxtəlif istiqamətlərdə aparıldığını diqqətə çatdırıb:

“Bunlar siyasi və diplomatik təmaslar və hərbçilərimiz arasındakı təmaslardır. Əlbəttə ki, xətt mütəmadi olaraq bölgədəki vəziyyəti müzakirə edən dövlət başçıları tərəfindən təyin olunur”,- deyə Zaxarova qeyd edib.

Qeyd edək ki, 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında Qarabağla bağlı üçtərəfli bəyanat imzalanıb.