BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Bu gün Ağdam Azərbaycana qaytarılır

20 noyabr 2020 13:02:57

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları bəyanatın 2-ci bəndinə əsasən Ermənistan işğal etdiyi Ağdam rayonunu bu gün Azərbaycana qaytarır.

 

Zəfər.az xəbər verir ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.

 

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası erməni hərbi birləşmələrinin Ağdam rayonundan dərhal və qeyd-şərtsiz çıxması barədə 853 (29 iyul 1993-cü il) saylı qətnaməni qəbul etməsinə baxmayaraq, 27 ildən çox idi Ermənistan Ağdamı işğal altında saxlayırdı.

 

Nəhayət 27 ildən sonra Azərbaycan Ordusu özü BMT Təhükəsizlik Şurasının qətnaməsini icra etmiş oldu. Belə ki, sentyabrın 27-dən başlanan Vətən Müharibəsi nəticəsində şanlı ordumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini düşmən işğalından azad etdi. Nəticədə Ermənistan siyasi-hərbi rəhbərliyi müharibəni uduzduğunu görərək təslim olmağa qərar verdi.

 

Beləliklə, noyabrın 10-da Ermənistan Baş naziri işğal altındakı digər rayonları, o cümlədən Ağdamı Azərbaycana qaytaracağına imza atdı.