BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

“Qarabağda “İsgəndər” raketindən istifadə etdik” deyən erməni general istintaqa çağırıldı

20 noyabr 2020 12:47:14

"Qarabağda "İsgəndər" raketindən istifadə etdik" deyən Ermənistan Baş Qərargahının keçmiş rəisi general-polkovnik Movses Akopyan Ermənistanın Xüsusi İstintaq Xidmətinə çağırılıb.

 

Zəfər.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə M.Akopyanın özü məlumat verib.

 

General-polkovnik Xüsusi İstintaq Xidmətində dindirilməsinin təfərrüatları barədə məlumat verməyib.

 

Qeyd edək ki, daha əvvəl M.Akopyan Dağlıq Qarabağ münaqişənin eskalasiyası dövründə Ermənistanın "İsgəndər" operativ-taktiki raket kompleksini tətbiq etdiyini bildirib: "İsgəndər" tətbiq olunub. Amma hansı istiqamətdə atıldığını deyə bilmərəm".