BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Bakı-Naxçıvan reysi bərpa olunur

18 noyabr 2020 11:40:11

19 noyabr tarixindən etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir.

 

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Zəfər.az-a bildirilib ki, reyslər hər gün həyata keçiriləcək: Bakıdan uçuş - saat 13:00, Naxçıvandan uçuş - saat 16:10.

 

Hava gəmisinə COVID-19 testi üzrə mənfi nəticə barədə arayış təqdim edən sərnişinlər buraxılacaq.

 

Pandemiya dövründə reyslərin sayının məhdud olduğunu və yüksək tələbatı nəzərə alaraq, qeyd edilən istiqamətdə aviabiletlərin satışı ardıcıllıq prinsipi ilə həyata keçirilir.

 

Növbəyə qeydiyyat iki üsulla həyata keçirilir - əks əlaqə forması üzrə və ya WhatsApp mesenceri vasitəsilə.

 

 

- Bakıdan Naxçıvana reyslər üçün:

https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000853919
WhatsApp: +99455 204 65 54
- Naxçıvandan Bakıya reyslər üçün:

https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000886220
WhatsApp: +994 60 487 30 11

 

Müraciət zamanı sərnişinlərdən şəxsiyyət vəsiqələrinin skan edilmiş surətlərini və geri əlaqə üçün əlaqə nömrələrini göndərmələri tələb olunacaq.

 

Aviaşirkət eyni zamanda onlayn forma və WhatsApp vasitəsilə müraciət etməməyinizi xahiş edir. Bu yalnız onlayn növbələrin artmasına və çağırış mərkəzinin işçiləri tərəfindən cavabların gecikdirilməsinə səbəb olacaq.

 

Eyni zamanda sərnişinlərin diqqətinə çatdırırıq ki, aviaşirkətin çağırış mərkəzinə zənglər vasitəsilə bu istiqamətdə aviabiletlər üçün sorğular qəbul edilmir.

 

Pandemiya dövründə təsdiq edilmiş qaydalara əsasən, əl yükü qismində yalnız qadın əl çantasının, kişi portfelinin və ya ölçüləri 30x35x10 sm-dən çox olmayan portativ kompyuter çantasının (çanta yalnız təyinatı üzrə istifadə olunmalıdır) daşınmasına icazə verilir. Kağız və polietilen torbalar da daxil olmaqla, digər baqaj baqaj bölməsində qeydiyyatdan keçməlidir. Pulsuz daşınmasına icarə verilən baqajın icazə verilən maksimum çəkisi 23 kq-dir, ölçüləri üç ölçünün cəmində 158 sm-dən çox olmamalıdır.