General Reşetnikov: "Ermənistanda hakimiyyəti anti-Rusiya qüvvələri götürsələr..."
16 noyabr 2020 11:31:28
Ermənistan dövləti dünya xəritəsində yalnız Rusiyanın sayəsində mövcuddur.
Zəfər.Az bildirir ki, bunu "Rus marağı" Youtube-kanalının efirində Rusiya Xarici Kəşfiyyat Xidmətinin istefada olan general-leytenantı Leonid Reşetnikov deyib.
Onun sözlərinə görə, əgər bu gün Ermənistanda anti-Rusiya qüvvələri hakimiyyətə gəlsələr, bu dövlətdən heç nə qalmayacaq.
"Unutmaq lazım deyil ki, "Ermənistan" sözü Rusiya imperiyası ilə dirilib, o yox idi. Bu çoxdan, yüzillər, yüzilliklər bundan əvvəl olub və ermənilərin indi malik olduqları hər şey Rusiyanın, sonra isə Sovet İttifaqının köməyi ilə edilib", - deyə L.Reşetnikov bildirib.
"Və əgər orada hansısa daha bir qüvvə-artıq küçədən yox, dalandan hakimiyyətə gələrsə, onda Ermənistanın sadəcə sonu çatacaq, o mövcud olmayacaq", - deyə istefada olan general-leytenant əlavə edib.(Modern.az)