BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Kəlbəcərdə heç bir təxribata yol verilmir - MÜDAFİƏ NAZİRLİYİ

16 noyabr 2020 10:57:10

“Ermənistan silahlı qüvvələri və Kəlbəcərdə qeyri-qanuni yerləşdirilmiş əhali oranı tərk edir, heç bir təxribata yol verilmir”.

 

Zəfər.az-ın məlumatına görə, bunu bu gün keçirilər brifinqdə Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov bildirib.

 

Bu barədə videogörüntünü təqdim edən H. Mahmudov deyib ki, Vardenis istiqamətində yolun dar olduğu da videgörüntülərdən aydın görünür: “Biz də rayonun boşaldılması prosesinə hər hansı müdaxilə etmirik”.