BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

“Ordumuz Kəlbəcər rayonuna hərəkət etmək üçün tam hazırdır” - RƏSMİ

16 noyabr 2020 10:55:32

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladığı birgə bəyanata əsasən, Ermənistan silahlı qüvvələri və qeyri-qanuni məskunlaşmış əhali çıxarılmalı, Azərbaycan Silahlı Qüvvələri həmin əraziyə hərəkət etməli idi”.

 

Zəfər.az-ın məlumatına görə, bunu bu gün keçirilər brifinqdə Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov bildirib. H.Mahmudov deyib ki, Kəlbəcər rayonunun Azərbaycan Ordusunun nəzarətində olan hissəsi minadan təmizlənib və günü bu gün Azərbaycan Ordusu Kəlbəcərə hərəkət etməyə hazırdır:

 

“Azərbaycan Ordusu Kəlbəcərə Göygöl və Daşkəsən istiqamətindən daxil olacaq. Kəlbəcərə daxil olacaq qüvvələrimiz ilk növbədə Azərbaycan-Ermənistan sərhədində, daha sonra rusiyalı sülhməramlılar tərəfindən yaradılan xətt üzrə Dağlıq Qarabağ istiqamətində yerləşdiriləcək”