BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Xocalı soyqırımı İstanbul nəqliyyatında anılır -VİDEO

25 fevral 2020 16:30:25

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar fevralın 25-26-da İstanbulun metro, metrobus, gəmi səfərləri də daxil olmaqla, bütün ictimai nəqliyyat vasitələrində videoçarx nümayiş etdirilir, afişalar yerləşdirilib.

 

Zəfər.Az Real-a istinadən xəbər verir ki, kampaniya İstanbuldakı Baş Konsulluğun təşəbbüsü və təşkilatçılığı, İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə keçirilir.

 

İstanbulun Bağcılar səmtində yerləşən Azərbaycan Dostluq Parkında qoyulan Xocalı Soyqırımı qurbanlarının abidəsinin önünə də əklil qoyulub.

 

Baş Konsul, Bağcılar kaymakamı, Bağcılar bələdiyyə sədrinin müavini də anım mərasimində iştirak edib.

 

Qeyd edək ki, İstanbulun bu nəqliyyat vasitələrindən Türkiyə vətəndaşları və şəhərə gələn turistlər olmaqla hər gün milyonlarla insan istifadə edir.