BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Deputatın açıqlaması sosial şəbəkələrdə etiraz doğurub - VİDEO

13 noyabr 2020 16:07:25

Milli Məclisin deputatı Könül Nurullayeva sosial medianın qınaq hədəfinə çevrilib.

 

Modern.az xəbər verir ki, deputat Türkiyə telekanallarından birinə vediyi açıqlamada Ermənistanın iqtisadi vəziyyətinin pis olduğunu və buna görə də işğalçı dövlətin Azərbaycana təzminat ödəməyinin önəm daşımadığını bildirib.

 

Deputatın açıqlamasının yer aldığı video sosial şəbəkələrdə tirajlanmaqdadır.

 

Zəfər.Az- bildirir ki, Modern.az-ın əməkdaşı məsələ ilə bağlı Könül Nurullayeva ilə əlaqə saxlamağa çalışsa da, deputatın telefonu qapalı olduğundan onunla danışa bilməyib.

 

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Modern.az-a bildirib ki, deputat yanlış mövqe sərgiləyib:

 

“Burda söhbət ehtiyacdan getmir. Bizim tələbimiz törədilmiş hərbi cinayətə görə kompensasiyanın ödənilməsidir. Beynəlxalq ekspertlərin hesablamalarına görə, minumum 50 milyard dollar həcmində məbləğ ödənilməlidir. Buna görə də Azərbaycan tərəfi bütün danışıqlarda, masada bu məsələni qoymalıdır və Ermənistan təzminatı hökmən ödəməlidir. Dünya politikasında da vəziyyət belədir”.