BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Suqovuşana bayrağımızı sancan əsgərimiz təşəkkür etdi - VİDEO

13 noyabr 2020 15:37:11

Xəbər verdiyimiz kimi, Madagizin (Suqovuşan) azad edilməsindən sonra Suqovuşana Azərbaycan bayrağının sancılmasının tarixi anlarını əks etdirən video yayınlanmışdı.

 

Zəfər.az xəbər verir ki, Suqovuşanda Azərbaycan bayrağını meydanda dirəyə taxaraq dalğalandıran əsgər İlkin Fərzəliyev olub. Onun erməninin bayraq adı ilə taxdığı əski parçasını ayağı ilə kənara atması çoxlarının yaddaşına həkk olunub.

 

Bizə fərəh hissləri yaşadan həmin əsgər İlkin Fərzəliyev ünvanına deyilən xoş sözlərə görə Azərbaycan xalqına təşəkkür edib.

 

Qeyd edək ki, İlkin nişanlıdır. Yolunu həsrətlə gözləyən xanım, bütün həyatını övladlarına qurban vermiş ana və ən əsası, qəhrəmanını gözləyən Azərbaycan xalqı var.(Modern.az)