Beynəlxalq Jurnalist Təşkilatından Xocalı soyqırımı ilə bağlı - BƏYANAT
25 fevral 2020 10:49:14
Qlobal Jurnalist Şurası (GLOBAL JOURNALİSM COUNSİL) beynəlxalq jurnalist təşkilatı Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı bəyanat yayıb.
Təşkilatın beynəlxalq məsələlər üzrə sədr müavini Elşad Eyvazlının adından yayılan açıqlamada dünyada insanlığa qarşı törədilən hər bir akt pislənilir, insanlar dinc, yanaşı yaşamağa çaığırılır.
Zəfər.Az-ın Modern.az-a istinadən məlumatına görə, bəyanatda daha sonra deyilir:
- Bu gün dünyada insanlığa qarşı törədilən faciə kimi qəbul edilən, adı Xolokost, Srebrenitsa soyqrımları ilə birgə çəkilən Xocalı soyqrımının 28 ili tamam olur.
Bu soyqrımı törədənlər beynəlxalq hüquq qarşısında cavab verməlidirlər.
Odur ki, Birlışmiş Millətlər Təşkilatının Beynəlxalq Məhkəməsini, Beynəlxalq Cinayət Məhkəməsini Xocalı soyqırımına qiymət verməyə çağırırıq.
Bu məsələdə jurnalistlərin üzərinə böyük yük düşür. Hər bir jurnalist doğrunun yanında, insanlığın yanında olmalıdır.
Jurnalistlər hər zaman insanlığı müdafiə etməli, şər qüvvələrə qarşı mübarizə aparmalıdır.
GLOBAL JOURNALİSM COUNSİL bir daha bütün dünyada insanlığa qarşı olan hərəkətləri pisləyir, belə halların bir daha baş verməməsi üçün cinayətkarların cəzalandırılmasını tələb edir, insanları sülh, barış içində yaşamağa çağırır.
Bəyanat əksər ölkələrin mediasında dərc olunacaq.