Rusiya sülhməramlıları Xankəndiyə girdi
13 noyabr 2020 11:09:39
Rusiyanın 15-ci əlahiddə motoatıcı briqadasının sülhməramlı batalyonu Xankəndinə daxil olub.
Zəfər.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib.
“Bu gün, noyabrın 12-də Rusiya sülhməramlı kontingentinin ön xətt bölmələri Dağlıq Qarabağ ərazisində atəşin və hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmaya nəzarət etmək üçün tapşırıqlarının icrasına başlayıblar. Atəşkəs bütün təmas xəttində müşahidə olunur”, - Konaşenkov deyib.
O qeyd edib ki, Dağlıq Qarabağda və Laçın dəhlizindəki təmas xətti boyunca 10 müşahidə məntəqəsi yerləşdirilib. Onlardan dördü “Cənub” məsul zonasındadır:
“Sülhməramlı kontingentin bölmələri Laçın dəhlizini və Laçın yolunun bir hissəsini – Lısoqorski sovxozunu nəzarətə götürərək, orada altı müvəqqəti müşahidə postu yaradıb”.(Modern.az)