BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Ermənistan ordusu Kəlbəcərdən çıxır – FOTOLAR

13 noyabr 2020 11:07:29

Ermənistan ordusu Kəlbəcər rayonunu tərk etməyə başlayıb.

 

Zəfər.az Modern.az-a istinadən xəbər verir ki, düşmənin hərbi texnika və canlı qüvvədən ibarət kolonu Laçın dəhlizinə doğru istiqamətlənib.

 

Düşmən hərbi qüvvə və bölgəyə məskunlaşdırılmış mülki əhalini noyabrın 15-nə qədər ərazidən çıxarmalıdır.

 

Xatırladaq ki, Ermənistan ordusu Azərbaycan, Rusiya və Ermənistan liderlərinin əldə etdiyi razılaşmaya əsasən, Azərbaycanın Kəlbəcər, Ağdam və Laçın rayonlarını tərk etməlidir.